RUSİYA

"The Washington Post" anti-Rusiya sanksiyalarının ABŞ-a təsirindən yazıb

"The Washington Post" nəşri yazıb ki, 16 gün ərzində Buyk müflis olduğunu elan edib və bütün əməkdaşlarını işdən çıxarıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Anti-Rusiya sanksiyaları ultra sürətli yeməklərin çatdırılması xidmətləri göstərən Nyu-York şirkəti "Buyk"un işçilərini işini itirməyə məcbur edib. Bu barədə "The Washington Post" nəşri yazıb.
KİV-in məlumatına görə, 16 gün ərzində “Buyk” müflis olduğunu elan edib və bütün əməkdaşlarını - 900 nəfəri işdən çıxarıb. Əvvəlcə məhdudlaşdırıcı tədbirlər işçilərin gündəlik işlərinə zərbə vurub, sonra isə şirkət maliyyə mənbələri kəsildiyi üçün onları maaşlarından məhrum edib.
Şirkətin pərakəndə satış şöbəsinin rəhbəri Yusuf Əlabi-Ajidağba “Heç kim bizim işsiz qalacağımızı gözləmirdi” deyə bildirib.
Məqalə müəllifi qeyd edib ki, bu nümunə anti-Rusiya sanksiyalarının hətta Moskvadan uzaq Nyu-York və Çikaqo kimi yerlərdə ofis işçilərinin və kuryerlərin həyatını pozan kobud alət olduğunu göstərir.
“Buyk” Rusiyanın ən məşhur ərzaq çatdırılması xidmətlərindən biri olan "Samokat"ın Amerikadakı törəmə şirkəti idi. 2021-ci ilin sentyabrında Nyu-Yorkda qurulub və 2022-ci ilin sonuna qədər Boston, Hyuston, Mayami və Los-Ancelesdə xidmət göstərməyi planlaşdırırdı.
Qərb ölkələri Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Tədbirlər əsasən maliyyə sektoruna və yüksək texnoloji məhsulların idxalına təsir edib, bununla belə Avropada Rusiyanın enerji resurslarından asılılığı azaltmağa çağırışlar daha çox səslənib. Eyni zamanda, bu addımın nəticəsi ABŞ və Avropa ölkələrində enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artması olub.
Avropa İttifaqı son olaraq Rusiyaya qarşı 6-cı sanksiya paketini təsdiqləyib. Beləliklə,
▪️ 6 ay ərzində ölkələr Rusiyadan neft, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edirlər.
▪️ Mərhələli şəkildə Rusiyadan dənizlə daşınan neftdən imtina. Müvəqqəti olaraq boru kəmərləri daşınan neft sanksiya tətbiqindən istisna edilib.
▪️ Rusiyanın "Sberbank", "Rosselxozbank" və Moskva kredit bankı SWIFT sistemindən ayrılır.
▪️ Daha bir neçə Rusiya telekanalının Avropada yayımı qadağan edilir.
Vladimir Putinin dediyi kimi, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, lakin sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub və milyonlarla insanın həyatını pisləşdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.