SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İşğal dövründə qızıl yataqlarımız ciddi istismar edilib - Təzminat davası açıla bilər

Nazirlik rəsmisi bildirib ki, Kəlbəcərdə Ağduzdağ və Daşkəsən ərazisində Qaşqaçay yataqlarının artıq istismar mərhələsinə başlanılıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. İşğaldan azad olunan ərazilərdə olan faydalı qazıntı yataqlarının istismarına görə Azərbaycan Ermənistan tərəfinə təzminat davası aça bilər.
Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O qeyd edib ki, əvvəlcə ümumi istismarın dəyəri hesablanmalıdır.
"Amma bundan öncə biz həmin istismarın ümumi dəyərini hesablamalıyıq", - nazirlik rəsmisi vurğulayıb.
O bildirib ki, proses 6 aya yekunlaşacaq:
"Güman edirik ki, bu ilkin qiymətləndirmə mərhələsi 6 aya yekunlaşacaq".
Ə.Əliyev həmçinin qeyd edib ki, Kəlbəcərdə Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir. Onun sözlərinə görə, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub:

"Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib".

Ə.Əliyev deyib ki, azad olunan ərazilərdə əvvəl faydalı qazıntı yataqlarının istismarında xarici şirkətlər yaxından iştirak edib. Onun sözlərinə görə, bu şirkətlər Hindistan, ABŞ, Kanada, Rusiya və digər ölkələrə aiddir:

"Hazırda zərərin qiymətləndirilməsi işləri gedir. Rəqəmlər əldə edildikdən sonra beynəlxalq hüquq çərçivəsində Ermənistana qarşı təzminat davası açıla bilər".

O bildirib ki, Kəlbəcərdə AğduzdağDaşkəsən ərazisində Qaşqaçay yataqlarının artıq istismar mərhələsinə başlanılıb, ölkədə dağ-mədən sənayesinin yüksəlməsi istiqamətində işlər davam edəcək:
"Azad olunan ərazilərdə 800-ə yaxın filiz, qeyri-filiz yataqları mövcuddur. Yaxın gələcəkdə mineral xammal bazası rolunu oynayacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.