BAKI, 3 iyun — Sputnik. "İctimai Fikir" Fondunun sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə rusların 76%-i etibar edir. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Araşdırmaya görə, respondentlərin 76%-i prezidentə güvəndiyini bildirib, 15%-i dövlət başçısına daha çox etibar etmirəm cavabını seçib, daha 9%-i cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 80%-nin fikrincə, Putin öz vəzifəsində yaxşı işləyir. Əks fikri isə rusların 11%-i bölüşür, 9%-i suala cavab verməkdə çətinlik çəkib.
"FOMnibus" sorğusu mayın 27-29-da yaşayış yeri üzrə müsahibə üsulu ilə Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində yaşı 18 və yuxarı olan 1,5 min respondent arasında aparılıb. Statistik səhv 2,5%-dən çox deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.