BAKI, 3 iyun - Sputnik. Sakit okeanda Rusiya donanmasının təlimləri başlayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimə 40-dan çox döyüş və yardımçı gəmiləri cəlb olunub.
Həmçinin 20 təyyarə və helikopter də tapşırıqlar yerinə yetirəcək.
Gəmilər şərti düşmənin sualtı qayıqlarının axtarışını həyata keçirəcək.
Təlimlərə “Marşal Krılov”, “Freqat Marşal Şapoşnikov” və başqa gəmilər cəlb olunub.