RUSİYA

Putin Təhlükəsizlik Şurasının fəaliyyətinin önəmi barədə yazdı

Rusiya Prezidenti bildirib ki, dünyadakı vəziyyət mürəkkəb və proqnozlaşdırılması çətindir, köhnə çağırışlar və risklər qalır, yeniləri isə yaranır.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvlərini idarənin yaradılmasının 30-cu ildönümü münasibətilə təbrik edib. "RİA Novosti"nin xəbərinə görə, bu barədə Kremlin "Telegram" kanalında məlumat yayılıb.
Putin dünyadakı çətin vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının işinin vacibliyini və aktuallığını qeyd edib.
"Bu gün sizin səriştəli, məsuliyyətli, çoxşaxəli işinizə xüsusi tələbat var. Dünyadakı vəziyyət mürəkkəb və proqnozlaşdırılması çətindir, köhnə çağırışlar və risklər qalır, yeniləri isə yaranır. Bu şəraitdə dövrün reallıqlarına cavab verən, dövlətimizin təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsinə, onun ardıcıl mütərəqqi inkişafına töhfə verəcək yanaşmaları fəal şəkildə axtarmaq və həyata keçirmək lazımdır", - teleqram mətnində deyilir.
Prezident həmçinin Təhlükəsizlik Şurasının fəaliyyətinin dövlət idarəçiliyinin təkmilləşdirilməsində, səmərəli sosial-iqtisadi və regional siyasətin işlənib hazırlanmasında, strateji planlaşdırma sisteminin yaradılmasında mühüm rolunu qeyd edib.
Putin əmin olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının aparatının bütün üzvləri və əməkdaşları ən yaxşı peşəkar keyfiyyətlərini nümayiş etdirməyə, səmərəli və tam fədakarlıqla işləməyə davam edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.