AZƏRBAYCAN XƏBƏRLƏRİ

Komissiya on yeddi nəfərə elmi dərəcə verməkdən imtina edib

Ali Attestasiya Komissiyası elmi dərəcə almaq üçün edilən müraciətlərin nəticələrini açıqlayıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. May ayında 25 nəfərə fəlsəfə, 3 nəfərə elmlər doktoru adı verilib.
Ali Attestasiya Komissiyasından verilən xəbərə görə, ötən ay ümumilikdə 17 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bundan əlavə, 28 nəfərə dosent, 4 nəfərə professor adı verilib. Mayda 4 nəfərə isə elmi ad verilməsindən imtina edilib.
Qeyd edək ki, aprel ayı üzrə 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 24 nəfərə dosent elmi adı verilib, 6 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 2 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
Ümumilikdə aprel ayında 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.