RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

İkinci "Azovstal" harada yaşana bilər

Üsyançıların komandiri deyib ki, nasistlərin üzərinə sadəcə, beton töküləcək, getməsələr, əbədi olaraq orada qalacaqlar.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Donbas döyüşçülərinin komandiri Axra Avidzba RİA Novosti-yə Ukrayna nasistlərinin "ikinci "Azovstal"ı təşkil edə biləcəkləri yer barədə danışıb.
Onun sözlərinə görə, döyüşçülər bu dəfə Ukrayna yaraqlılarının təslim olmasını çox gözləməyəcəklər. Əgər onlar təyin olunmuş vaxtda gizləndikləri yerdən çıxmasalar, müddət bitdikdən sonra üzərlərinə sadəcə, beton töküləcək.
"Biz humanist insanlarıq, amma o qədər də deyil. Onların üzərinə sadəcə, beton tökəcəyik. Biz onları gözləməyəcəyik. Yaraqlıların müəyyən bir müddət zamanları olacaq. Onların yanına niyə getməliyik ki? Zavodu məhv etmək üçün heç bir səbəb görmürəm. Əgər getməsələr, əbədi olaraq orada qalacaqlar", – deyə Avidzba sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.