PAYTAXT XƏBƏRLƏRİ

Bakıdakı hosteldə əcnəbinin altı min dolları oğurlandı

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları keçmiş məhkumu oğurluğu törətməkdə şübhəli bilərək saxlayıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan O.Abdullayev müəyyən edilərək saxlanılıb.
DİN-in məlumatında qeyd olunur ki, faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.