BAKI, 3 iyun - Sputnik. İran və Azərbaycan təbii qaz sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki səhifəsində məlumat verib.
“İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişafı barədə danışdıq”, - deyə nazir qeyd edib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci
© Photo : Ministry of Economy (Azerbaijan)
Onun sözlərinə görə, İran Neft Nazirliyi ilə imzalanan memorandum iki ölkə arasında təbii qaz sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacaq.
Bakı Enerji Forumunda çıxış edən Ovci bir müddət əvvəl bildirib ki, Tehran Azərbaycana qaz mübadiləsi təcrübəsini qonşu ölkələrlə həyata keçirməyə hazırdır.
"İran keçən il Türkmənistan qazının Azərbaycana svop tədarükü haqqında saziş imzalayıb ki, bu da ildə 1,5 milyard kubmetr qazın ötürülməsini nəzərdə tutur", - deyə iranlı nazir bildirib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci
© Photo : Ministry of Economy (Azerbaijan)
Şöbə müdiri qeyd edib ki, İran belə bir sxem çərçivəsində digər qonşularla əməkdaşlığa hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.