BAKI, 3 iyun — Sputnik. Ötən ay buxaq əməliyyatı etdirən Xalq artisti Aygün Kazımova yeni görüntüsünü izləyiciləri ilə bölüşüb. Dərin dekolteli geyimi ilə kamera qarşısına keçən müğənni sosial media hesabında paylaşım edib.
Bir milyondan çox izləyicisi olan Kazımova videonu "Mən Aygünəm" mahnısının sədaları altında "məhəbbəti, sədaqəti, gözəlliyi sevirəm" şərhi ilə paylaşıb. Xalq artisti məşhur modelyer Rüfət İsmayılın Afffair "Sumakh" S/S-2022 geyim kolleksiyasından olan libası nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənninin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla Xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.
A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib.
Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb.
Xatırladaq ki, Xalq artisti əməiyyatdan sonra Naxçıvanda konsert verib. Səhnəmizin divası konsert proqramı ilə sevənlərini bir araya toplayacaq. Kazımovanın tərəf müqabili duet ortağı, müğənni Raufdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.