BAKI, 2 iyun — Sputnik. Rusiya Ukraynanı danışıqlara inandırmayacaq. Ola bilsin ki, onlar mütləq kənar nəzarətdən qurtulsunlar və bundan sonra Rusiyanın qeyd etdiyi şərtlərlə danışıqlar mümkün olacaq. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Əgər sonda Ukrayna prezidenti və rəhbərliyi mövcud real vəziyyəti dərk edərsə, danışıqlar bizim şərtlərimizə uyğun olaraq baş tuta bilər. Danışıqlara hazır olmaq o demək deyil ki, biz Ukraynanı razı salacağıq. Bu, onların iradəsi ilə olacaq. Nəhayət ki, onlar kənar nəzarətdən qurtula bilsələr, nə baş verdiyini anlayacaqlar. Rusiyanın elan etdiyi şərtlərlə belə bir danışıqlar prosesi mümkündür", - deyə Matviyenko jurnalistlərə bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.