BAKI, 2 iyun — Sputnik. İyunun 6-dan Pakistan beynəlxalq hava yolları şirkəti İslamabadla Bakı arasında birbaşa aviareyslərin icrasına başlayır.
Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin "Twitter" hesabında məlumat paylaşılıb. Qeyd olunub ki, Kəraçidən, Lahordan və İslamabaddan Bakı istiqamətinə aviareyslər həyata keçiriləcək.
Məlumat üçün bildirilib ki, evisa.gov.az saytına daxil olaraq 3 saat ərzində viza almaq mümkündür.
Xatırladaq ki, artıq bir müddətdir ki, Pakistanla Azərbaycan arasında aviareyslərin açılması məsələsi müzakirə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.