NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Səudiyyə Ərəbistanı neftin qiymətini ucuzlaşdırır

Bu gün OPEC+ toplantısı keçiriləcək. Toplantıda qurumun iyul ayı üçün hasilat siyasəti qiymətləndiriləcək.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. "Azeri Light" markalı neftin qiyməti 1,55 dollar azalaraq 125,93 dollar olub.
London birjasında "Brent" markalı neftin qiyməti 1,96 dollar azalaraq 114,33 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 2,07 dollar ucuzlaşaraq 113,19 dollar olub.
Qeyd edək ki, neft bazarında bütün diqqətlər OPEC+ toplantısına yönəldiyi halda, Səudiyyə Ərəbistanın daha çox neft hasil etməyə hazırlaşdığı xəbəri qiymətləri aşağı salıb. Yayılan məlumatlara görə, Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə daha çox neft hasil etməyə hazır olduğu mesajını verib.
Səudiyyə Ərəbistanın başçılığı ilə bu gün OPEC+ toplantısı keçiriləcək. Toplantıda OPEC-in iyul ayı üçün hasilat siyasəti qiymətləndiriləcək. OPEC+ iyun ayında hasilatı gündəlik təxminən 432 min barel artırmaq qərarı vermişdi.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Səudiyyə Ərəbistanı 2021-ci ildə neft hasilatı üzrə lider ölkələr sırasında üçüncü yeri tutub:
ABŞ – 15.8%
Rusiya- 13.5%
Səudiyyə Ərəbistanı – 12.1%.
Ötən ilin statistikasına əsasən, Səudiyyə Ərəbistanı neft ehtiyatlarına görə dünyada ikinci yeri tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.