BAKI, 2 iyun — Sputnik. Bu il iyunun 12-də Rusiya Günü münasibətilə Kremldə qəbul nəzərdə tutulmayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
"Xeyr, bu il rəsmi qəbulun keçirilməsi nəzərdə tutulmayıb", - Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə köməkçisi Vladimir Tolstoy bildirmişdi ki, Rusiya Günündə Prezident Vladimir Putin ənənəvi olaraq elm, mədəniyyət və incəsənət sahəsində dövlət mükafatlarını təqdim edəcək.
İyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı ilin iyunun 12-də RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib.
1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.