BAKI, 2 iyun — Sputnik. "Kiyevə silah ötürülməsi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının parametrlərini dəyişmir". Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyaya qarşı silahdan istifadə vəziyyəti daha da gərginləşdirəcək və Ukraynanın özünə daha çox ziyan vuracaq.
"Ukraynanı hər dəfə bu cür silah tədarükü xüsusi hərbi əməliyyatın parametrlərini dəyişmir. Bu, sadəcə olaraq, ora silah verən ölkələrin əlində alət olan Ukraynaya daha çox ziyan vuracaq", - deyə o vurğulayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.