BAKI, 2 iyun — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1"lə bağlı sürücülərə müraciət edib.
İdarənin şöbə rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işlərinin davam etməsi ilə bağlı İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanədək məhdudlaşdırılır.
Qeyd olunub ki, bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur:
"Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün vətəndaşlarımızdan adekvat yollardakı real vəziyyəti qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik".
Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 20-də Bəhreyndə start verilib. 10-12 iyunda Bakıda Azərbaycan Qran Prisi təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.