RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

FAO-dan Rusiyaya qarşı sanksiyalarla bağlı çağırış

Qurumun Rusiya ilə əlaqələr üzrə ofisinin rəhbəri Oleq Kobyakov bildirib ki, Ümumdünya Ticarət Təşkilatının yaranması ilə ərzaq ticarəti balanslaşdırılıb və əksər hallarda ədalətli olub.
Sputnik
BAKI, 2 iyun — Sputnik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sanksiyalar siyasətini təhlil etməyə və mövcud qlobal ərzaq böhranı fonunda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsinin məqsədəuyğunluğunu diqqətlə ölçməyə çağırır. Bu barədə FAO-nun Rusiya ilə əlaqələr üzrə ofisinin rəhbəri Oleq Kobyakov RİA Novosti-yə müsahibəsində bildirib.
"Ümumilikdə, FAO istənilən sanksiyalara və məhdudlaşdırıcı ticarət tədbirlərinə qəti şəkildə qarşı çıxır. Biz hesab edirik ki, qlobal ərzaq bazarı bəşəriyyətin böyük nailiyyətidir. O, tarixən formalaşıb və mürəkkəb və kifayət qədər ahəngdar fəaliyyət göstərən sistemdir", - deyə Kobyakov bildirib.
O qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatının yaranması ilə ərzaq ticarəti balanslaşdırılıb və əksər hallarda ədalətli olub.
"Bu balansın pozulması iki addım geriləməkdir. Bu qiymətlərin qalxmasına səbəb olur, bütün regionların, ölkələrin iqtisadi vəziyyətini pisləşdirir, bəşəriyyəti, dayanıqlı inkişafa doğru fəaliyyəti geriyə salır. Təəssüflər olsun ki, sanksiyalar, adətən, onların müəllifləri tərəfindən hədəf alınmayan əhali təbəqələrinə təsir göstərir. Buna görə də, FAO-nun bu vəziyyətin (dünyada mövcud ərzaq böhranı - red.) aradan qaldırılması üçün tövsiyələrində sanksiyalar siyasətini təhlil etmək və onların saxlanmasının məqsədəuyğunluğunu ölçmək çağırışları var", - Kobyakov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.