Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində iyunun 3-dək davam edəcək Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) başlayıb.
Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, “Xəzər Neft və Qaz” sərgisinin təxminən 40%-ni Rusiya biznesi təmsil edir.
Sərgilərdə iştirak etmək üçün Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, Perm diyarının qubernatoru Dmitri Maxonin, ROSEKSİMBANKın İdarə Heyətinin sədri Azər Talıbov və Rusiya şirkətlərinin rəhbərləri Azərbaycana gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.