BAKI, 1 iyun — Sputnik. NATO ölkələri Asiyaya daxil olaraq Rusiya və Çin sərhədlərinin bütün ərazisi boyunca gərginlik nöqtələri yaradır. Bunu Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bildirib.
"Söhbət NATO-nun Asiyaya daxil olmasından, müvafiq olaraq, Rusiya və Çinin sərhədlərinin bütün perimetri boyunca problem nöqtələrinin yaradılmasından gedir. Burada söhbət açıq şəkildə regional tarazlığın tamamilə pozulması ilə dolu olan növbəti silah yarışının başlamasından gedir. "Soyuq müharibə"dən sonra Asiyada inkişaf etmiş təhlükəsizlik sisteminin tarazlığı pozulub", - deyə diplomat "Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq" konfransında deyib.
Xatırladaq ki, Co Bayden ABŞ-ın ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazır olduğunu bildirib.
Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, Rusiyanın Ukraynanı işğal etməsindən sonra özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib.
O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib.
Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.