NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qazprom" bu şirkətlərə qaz tədarükünün tamamilə dayandırıldığını təsdiqlədi

"Qazprom"un yaydığı açıqlamada bildirilib ki, rublla ödəniş edilmədiyi üçün "Orsted Salg & Service A/S" şirkətinə qaz tədarükü tamamilə dayandırılıb.
Sputnik
BAKI, 1 iyun — Sputnik. "Qazprom" Danimarkanın enerji şirkəti "Orsted" və "Shell Energy Europe"a (Shell-in Avropadakı törəmə müəssisəsi) rublla ödəniş edilmədiyinə görə qaz tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib. Bu barədə holdinqin bəyanatında deyilir.
"Qazprom" rublla ödəniş edilmədiyi üçün "Orsted Salg & Service A/S" şirkətinə qaz tədarükünü tamamilə dayandırıb. "Qazprom Export" mayın 31-də iş gününün sonunda Rusiya Prezidentinin 31 mart 2022-ci il tarixli 172 saylı fərmanına uyğun olaraq "Orsted Salg & Service" şirkətindən aprel ayında qaz tədarükünə görə ödəniş almayıb", - deyə "Energy Europe" məlumat yayıb. Apreldə qaz tədarükü üçün "Shell Energy Europe"dan da ödəniş alınmayıb.
2021-ci ildə "Qazprom Export" "Orsted Salg & Service"ə 1,97 milyard kubmetr qaz tədarük edib ki, bu da Danimarkanın ümumi qaza tələbatının təxminən 2/3 hissəsini təşkil edir. "Qazprom Export" və "Shell Energy Europe" arasında müqaviləyə əsasən Almaniyaya 1,2 milyard kubmetrə qədər qaz tədarükü nəzərdə tutulub.
Martın 23-də RF Prezidenti Vladimir Putin hesablamalarda dollar və avrodan istifadədən imtina etmək üçün Aİ ölkələrinə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rublla köçürüldüyünü açıqlayıb. Sonra prezident müvafiq fərman imzalayıb və bildirib ki, əgər aprelin 1-dən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələrinin yerinə yetirilməməsi hesab edəcək.
NEFT-QAZ
"Şimal axını" ilə qaz nəqli yenidən artıb