PAYTAXT XƏBƏRLƏRİ

Bakıda yarışa görə hərəkət daha da məhdudlaşdırılır

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə azarkeşləri qarşılamağa hazırdır
Sputnik
BAKI, 1 iyun — Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu gün gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.
Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə azarkeşləri qarşılamağa hazırdır.
Formula 1 Azərbaycan Qran-prisi 2022-yə bilet və Bakıya səyahətiniz barədə ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil ola bilərsiniz.
PAYTAXT XƏBƏRLƏRİ
DYP "Formula 1"ə görə sürücülərə alternativ yollar təklif edib - Siyahı