BAKI, 31 may — Sputnik. Severodonetsk sakinləri, şəhərin, demək olar ki, tamamilə "LXR"-nın nəzarəti altına keçməsinə baxmayaraq, Ukrayna hərbçilərinin atəşə tutması səbəbindən bomba sığınacaqlarında yaşamağa davam edirlər.
"LXR" və Rusiya Federasiyasının hərbçiləri yerli əhalinin mülki həyata qayıtmasına kömək edirlər.
"LXR", "Donbas", "Z" - Severodentskdəki evlərin divarlarını bu yazılar bəzəyir. Dinc sakinlər hələ ki, evlərin bomba sığınacaqlarına çevrilmiş zirzəmilərində yaşayır və sülhün bərqərar olacağı günü səbrsizliklə gözləyirlər.
"Hələ ki, zirzəmi insanlarıyıq" – özünü belə təqdim edən yaşlı Severodonetsk sakini əlavə edir: " Yeməyə yağ və kartof var".
Şəhər sakini "LXR" və rus qoşunlarının gəlişindən necə xəbər tutmaları barədə deyib:
"Onlar özləri bizim yanımıza yaxınlaşıb tanışlıq verdilər və yoxlama aparacaqlarını söylədilər. Bizim əsas yaşayış yerimiz bura – zirzəmidir. Bəzən öz evlərimizə baş çəkib yenidən bura geri dönürük".
Hazırda rus hərbçilərinin əsas məqsədi hücumu davam etdirmək, mülki əhali ilə ünsiyyəti normal şəkildə genişləndirmək və yardım göstərməkdir. Çünki sakinlər daim atəş altındadırlar, yeməksiz, susuz, və rabitəsiz qalıblar. Onların köməyə ehtiyacları var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.