BAKI, 31 may — Sputnik. Ukraynanın QÖS Operatorunun (UQÖSO) məlumatına görə, Rusiya qazının Ukraynanın qaz nəqli sistemi vasitəsilə tranziti üçün müraciət çərşənbə axşamı 9% azalaraq, demək olar ki, 42 milyon kubmetrə düşüb.
Mayın 31-nə qazın Sudca qaz ölçmə stansiyasından (QÖS) vurulması üçün müraciət bazar ertəsi 46,3 milyon kubmetrə qarşı 42,1 milyon kubmetrdir. Daha əvvəl bu rəqəm bir həftədən artıq müddətdə 45 milyon kubmetr səviyyəsində olduğu halda, sutka ərzində göstərici 9% azalıb. Eyni zamanda, "Soxranovka" QÖS vasitəsilə müraciətin həcmi sıfırda qalır.
Mayın 11-dən Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında ("LXR" ərazisində) olduğunu əsas gətirərək, Soxranovka QÖS vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş qalıb - "Sudca" QÖS. "Qazprom" bildirib ki, bütün həcmlərin "Sudca"ya ötürülməsi texnoloji cəhətdən mümkün deyil, şirkət avropalı istehlakçılar qarşısında bütün öhdəliklərini yerinə yetirir, tranzit xidmətləri isə ödənilir.
Nəticədə mayın əvvəlindən Rusiya qazının Ukrayna ərazisindən sutkada 90 milyon kubmetrdən yuxarı olan tranziti mayın 11-dən etibarən kəskin şəkildə azalıb. O vaxtdan bəri "Qazprom" gündəlik olaraq Sudca QÖS-da təsdiqlədiyi həcmdə Ukrayna vasitəsilə qaz tədarük etdiyini bildirir, Soxranovka QÖS üçün müraciətləri isə Ukrayna QNS operatoru rədd edir.
Eyni zamanda, Rusiyadan Avropaya əsas qaz ixrac marşrutu olan "Şimal axını" ilə axın davamlı olaraq yüksəkdir. Nord Stream AG operatorunun məlumatına görə, onun vasitəsilə nəqllər sutkada, təxminən, 170 milyon kubmetr səviyyəsində saxlanılır. Belarus-Polşa dəhlizinə, "Yamal-Avropa"dan tranzitə gəlincə isə, Rusiya sanksiyaları indi "Qazprom"a magistralın Polşa hissəsindən istifadə etməyi qadağan edir.
Rusiya boru kəməri qazının tədarükündəki məhdudiyyətlərə baxmayaraq, Avropada yeraltı anbarların doldurulması davam edir. Avropanın Qaz İnfrastrukturunun (GIE) məlumatına görə, mayın 30-da səhər saatlarında Avropanın yeraltı qaz anbarları orta hesabla 46,2% (gündəlik artım 0,4 faiz) doldurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.