RUSİYA

Rusiya ABŞ-la məhkum mübadiləsi edəcək? - Rusiya XİN-dən reaksiya

Rusiyanın dövlət katibi, xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib ki, bu, çox həssas mövzudur, çünki söhbət insan taleyindən gedir.
Sputnik
BAKI, 31 may — Sputnik. Moskva Rusiya ilə ABŞ arasında əsir mübadiləsi mövzusunda fəaliyyəti reklam və spekulyasiya etməməyə üstünlük verir, bu son dərəcə həssas məsələdir. Bunu Rusiyanın dövlət katibi, xarici işlər nazirinin müavini Yevgeni İvanov "RİA Novosti"yə müsahibəsində bildirib.
"Məhkumların mübadiləsinə gəlincə, bu, çox həssas mövzudur, çünki söhbət insan taleyindən gedir. Ənənəvi olaraq, müvafiq danışıqlar prosesi mürəkkəb və qapalıdır, danışıqlar aparan tərəflər bunu reklam etməməyə üstünlük verirlər. Burada medianın iştirakı faydalı yox, işin zərərinə ola bilər", - İvanov Rusiya ilə ABŞ arasında yeni məhbus mübadiləsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Aprelin sonunda Türkiyədə əvvəllər Rusiyada məhkum olunmuş ABŞ vətəndaşı Trevor Ridin rusiyalı pilot Konstantin Yaroşenko ilə dəyişməsi baş verib. Bu hadisələr fonunda daha bir rusiyalının - 2008-ci ildə Amerika kəşfiyyat xidmətinin təxribat əməliyyatı nəticəsində Taylandda həbs olunan və ABŞ-a aparılan Viktor Butun mümkün mübadilələri ilə bağlı fərziyyələr güclənib. O, hazırda həbsxanada cəza çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.