RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Hava məkanını açıq qoymağa məcburuq - Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyadan xahiş edirik ki, gəmiləri gətirmə, NATO-nun da gəmi gətirmək haqqı var.
Sputnik
BAKI, 31 may — Sputnik. Türkiyə hərbi gəmilərin Qara dənizdən çıxarılmasına dair Montrö Konvensiyasının müddəaları ilə əlaqədar NATO-nun bir sıra hərbi təlimlərini ləğv edib və təxirə salıb. RİA Novosti-nin xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. O, ticarət gəmiləri üçün həm sülh, həm də müharibə dövründə boğazlardan keçid azadlığını təmin edir, lakin qaydalar hər kəs üçün fərqlidir.
Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə üç həftədən artıq müddətə qalmasını məhdudlaşdırır. Fövqəladə vəziyyətlərdə Türkiyənin Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsini qadağan etmək və ya məhdudlaşdırmaq hüququ var.
"Biz bu prosesin içindəyik. Vasitəçilik rolunu öz üzərimizə götürmüşük. Hamı bu rolu rəğbətlə qarşılayır. Türkiyə Rusiyaya qarşı sanksiyalara qarışsa, bu rolu oynaya biləcəkmi?! Bizim qeyri-sanksiya siyasətimizi görənlərin çoxu bundan bəhrələnir. Beynəlxalq hüquqdan qaynaqlanan öhdəliklərimiz var. Biz döyüş gəmiləri üçün Montrö Konvensiyasını işə saldıq, hava məkanını isə açıq qoymağa məcburuq. Bu da bir öhdəlikdir. Hətta Konvensiyadan kənara çıxaraq Rusiyadan xahiş edirik ki, gəmiləri gətirmə, NATO-nun da gəmi gətirmək haqqı var. NATO-nun əvvəlcədən planlaşdırılmış təlimləri var idi. Bunları ləğv etdirdik, ya da təxirə saldıq. Yəni biz bu prosesdə mühüm rol oynayırıq", - deyə Çavuşoğlu Anadolu agentliyində redaktorların suallarını cavablandırarkən qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.