BAKI, 31 may — Sputnik. Türkiyə İsveç və Finlandiyadan NATO-ya qoşulmaq üçün "lazımi addımlar" gözləyir, Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Ankara bu ölkələrin indiyə qədər terror obyekti olmuş bütün üzvlərinin qoşulmasına etiraz edir.
"Türkiyə istəyir ki, bu dövlətlər NATO üzvləri tərəfindən həyata keçirilən terrorla mübarizə əməliyyatlarına dəstək versinlər. Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata daxil olmamışdan öncə bu faktı qəbul etməlidirlər. Əgər onlar lazımi addımları atmasalar, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək", - Türkiyə prezidenti "The Economist" jurnalında yayımlanmış məqaləsində bildirib.
Finlandiya və İsveç alyansa qoşulmaq üçün mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK-nın nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırması üçün konkret addım atacağı ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.