BAKI, 31 may — Sputnik. Məktəblərdə "Son zəng"in keçirilib-keçirilməməsi məsələsi ilk növbədə Operativ Qərargahın qərarından asılıdır.
Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında belə deyib və fikirlərini əsaslandırıb: "Azərbaycanda COVID-19-la bağlı məsələlər Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırkı pandemiya şəraiti davam edərsə, yəqin ki, ənənəvi qaydada "Son zəng"in keçirilməsi mümkün olacaq".
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq 2020 və 2021-ci illərdə məktəblərdə "Son zəng" qeyd olunmayıb.
Qeyd edək ki, "Son zəng"lə yanaşı "Əlifba" bayramının keçirilib-keçirilməməsi də sual doğururdu. Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, şagirdlər əlifbanı məktəbəhazırlıq dövründə öyrənməyə başladıqları, I sinfin I yarımilinə qədər şagirdlər əlifbanı öyrənib bitirdikləri üçün artıq bir neçə ildir may ayında "Əlifba" bayramı keçirilmir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.