FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokundan ən sərrast kadrlar

Turnirdə indiyədək qızıl mükafatlardan ikisini Serbiya atıcısı qazanıb. Fransa, Polşa, Koreya, Yunanıstan, Finlandiya və Çexiya atıcıları da hərəyə bir qızıl medal əldə ediblər. Turnirdə baş verənləri Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Sputnik
BAKI, 31 may — Sputnik. Azərbaycan paytaxtında güllə və stend atıcılığı üzrə Dünya Kuboku keçirilir.
1 / 13

Mayın 28-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzi 30 idman növü üzrə 66 ölkəni təmsil edən 705 idmançını qəbul edib.

2 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.

3 / 13

Turnirdə Azərbaycandan 36 idmançı iştirak edir.

4 / 13

Yarış iştirakçıları arasında 30-u qızıl olmaqla 188 medal oynanılır.

5 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.

6 / 13

Bazar ertəsi, mayın 30-da tüfəngdən və tapançadan 10 metr məsafəyə atıcılıq üzrə qarışıq komandalar arasında Dünya Kubokunun final yarışı başa çatıb.

7 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.

8 / 13

Koreya komandası pnevmatik tüfəngdən istifadə üzrə turnirin ən yaxşısı olub və Serbiya komandasına 16:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bürünc medalları Koreya və Polşa komandaları qazanıblar.

9 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.

10 / 13

Nuranə Əliyeva və Ruslan Qəhrəmanov, həmçinin Aysu Hacıyeva və Ramiz Xəlilovdan ibarət Azərbaycan qarışıq komandaları 41-ci və 42-ci yerləri tutublar.

11 / 13

Bu növdə kişilər arasında çexiyalı İrji Liptak qalib gəlib, küveytli Talal Alraşidi gümüş, italiyalı Daniel Reska isə bürünc medal qazanıb.

12 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.

13 / 13

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçıları.

Bakı Atıcılıq Mərkəzində keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kuboku mərhələsinin iştirakçısı.
Mayın 28-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzi 30 idman növü üzrə 66 ölkəni təmsil edən 705 idmançını qəbul edib. Turnirdə Azərbaycandan 36 idmançı iştirak edir.
Kubok zamanı turnirin iştirakçıları arasında 30-u qızıl olmaqla 188 medal oynanılır.
Artıq səkkiz final geridə qalıb və qızıl mükafatlardan ikisini Serbiya idmançıları əldə ediblər. Bundan əlavə, Fransa, Polşa, Koreya, Yunanıstan, Finlandiya və Çexiya atıcıları da qızıl medallara sahib olublar.
Bazar ertəsi, mayın 30-da tüfəngdən və tapançadan 10 metr məsafəyə atıcılıq üzrə qarışıq komandalar arasında Dünya Kubokunun final yarışı başa çatıb.
Koreya komandası pnevmatik tüfəngdən istifadə üzrə turnirin ən yaxşısı olub və Serbiya komandasına 16:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bürünc medalları Koreya və Polşa komandaları qazanıblar.
Nuranə Əliyeva və Ruslan Qəhrəmanov, həmçinin Aysu Hacıyeva və Ramiz Xəlilovdan ibarət Azərbaycan qarışıq komandaları 41-ci və 42-ci yerləri tutublar.
Pnevmatik tapançadan atıcılıq üzrə qarışıq yarışda Yunanıstan Ukrayna komandasını 14:6 hesabı ilə məğlub edib. Türkiyə və Serbiya bürünc medal qazanıblar.
Nigar Nəsirova və Ruslan Lunevdən ibarət Azərbaycan dueti 18-ci, Zeynəb Sultanova və Elvin Astanov tandemi isə 29-cu yerdə qərarlaşıblar.
Qadınlar arasında stend atıcılığı üzrə qaliblər arasında Finlandiya idmançısı Noora Antikaynen qalib gəlib. Gümüş mükafatı ispaniyalı Fatimə Qalves, bürünc mükafatı isə avstraliyalı Letişe Skenlan qazanıb.
Dörd Azərbaycan idmançısı - Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Əbdülhüseynova və Aydan Babayeva müvafiq olaraq 25, 47, 54 və 56-cı yerləri tutublar.
Bu növdə kişilər arasında çexiyalı İrji Liptak qalib gəlib, küveytli Talal Alraşidi gümüş, italiyalı Daniel Reska isə bürünc medal qazanıb.
Azərbaycan təmsilçiləri Ramil Rüstəmzadə, Əli Hüseynli, Sabir Mehdizadə, Əlimirzə Quliyev və Mirmömin Ağazadə 77, 97, 99, 100 və 105-ci yerləri tutblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.