PAYTAXT XƏBƏRLƏRİ

Bakıda dəhşət: Qadın dünyaya gətirdiyi körpəni zibil qutusuna atdı

Cinayət törədən qadına bağlı materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş üzrə hakim Hafiz Kamranovun icraatına verilib.
Sputnik
BAKI, 31 may — Sputnik. Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, 38 həftəlik hamilə olan qadın binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lent.az-ın xəbərinə görə, qadın dünyaya gətirdiyi körpəni ayaqyolunun zibil qutusuna atıb.
Hadisə ilə əlaqədar qadın artıq saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.
Törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş üzrə hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.