RUSİYA

Rusiya rublun balanslaşdırılmış məzənnəsini təmin edib - Mişustin

Rusiyanın hökumət başçısı qazaxıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Sputnik
BAKI, 30 may - Sputnik. Rusiya sanksiyalara baxmayaraq iqtisadiyyatın sabitliyini, rublun məzənnəsinin tarazlığını təmin edib. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
“Bizə qarşı başlayan sanksiya müharibəsinə baxmayaraq, biz iqtisadiyyatın sabitliyini, rublun məzənnəsinin tarazlığını təmin etmişik, biz yeni istehsal və logistika zəncirlərinin yaradılması ilə fəal məşğul oluruq və bizperspektivli layihələrin həyata keçirilməsi üçün müvafiq şərait yaradırıq” - deyə o, Qazaxıstanın Baş naziri Əlixan Smailovla görüşdə deyib.
RF baş naziri onu da əlavə edib ki, Rusiya Federasiyası prioritet vəzifə kimi digər məsələlərlə yanaşı, Qazaxıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsini də nəzərdən keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.