RUSİYA

“Qazprom” Türkiyəyə qaz tədarükünü bərpa edib

“Mavi axın” qaz kəməri obyektlərində nəzərdə tutulan bir sıra işlərlə əlaqədar olaraq tədarüklər müvəqqəti dayandırılmışdı.
Sputnik
BAKI, 30 may - Sputnik. Rusiyanın "Qazprom" şirkəti qaz kəmərində planlaşdırılmış işlər başa çatdıqdan sonra “Mavi axın” vasitəsilə Türkiyəyə qaz tədarükünü bərpa edib. Bu barədə RİA Novosti “Qazprom”un informasiya şöbəsinə istinadən məlumat yayıb.
"Mavi axın" qaz kəmərinin obyektlərində nəzərdə tutulan işlər kompleksi başa çatıb. Bu gün qazın verilməsi bərpa olunub", - deyə şirkətin açıqlamasında bildirilir.
Magistral yolda planlı işlər mayın 17-dən 30-dək davam edib.
Qeyd edək ki, “Mavi axın” Rusiyadan Türkiyəyə qaz nəqli dəhlizini tamamlayır. Onun layihə gücü ildə 16 milyard kubmetr qaz, uzunluğu isə 1200 kilometrdən bir qədər çoxdur.
Ötən il “Qazprom Export” “Mavi axın”la rekord həcmdə qaz tədarük edib – 15,98 milyard kubmetr.
Türkiyə Rusiya qazının əsas alıcılarından biridir. “Qazprom” da onu “Türk axını” ilə bölgəyə tədarük edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.