NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti ötən həftə ilə müqayisədə aşağıdır

Statistik məlumatlara görə, “Azeri Light” markalı neftin minimal qiyməti 2020-ci ildə – 15,81 ABŞ dolları həcmində, maksimum qiyməti isə 2008-ci ildə 149,66 ABŞ dolları həcmində qeydə alınıb.
Sputnik
BAKI, 30 may - Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 120 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,91 dollar bahalaşaraq 115,98 dollar olub.
Qeyd edək ki, mayın 28-də dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelə olan qiyməti 125,91 dollar olub.
“Azeri Light” markalı neftin minimal qiyməti 21 aprel 2020-ci ildə – 15,81 ABŞ dolları olub. Onun maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.