BAKI, 30 may - Sputnik. Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosu ziyarətçilərdən birinin qyeri-adi hücumuna məruz qalıb. RİA Novosti "BFMTV"-yə istinadən xəbər verir ki, ziyarətçilərdən biri rəsm əsərinə tort parçası atıb.
Qeyd olunur ki, sosial şəbəkələrdə adıçəkilən əsərin qoyulduğu qoruyucu şüşəyə tort kremi sürtüldüyünü göstərən bir neçə video yayılıb. Şəbəkə istifadəçilər şəklin içinə bir adamın tort atdığını gördüklərini yazırlar.
Bəzi videolarda əlil arabasında, parikdə və papaqda hadisəyə görə məsuliyyət daşıyan şəxsin muzeyin mühafizəsi tərəfindən çıxışa aparıldığı göstərilir. Fransız dilində danışan kişi deyəsən deyəsən heç əlil də deyil, çünki o, sakitcə əlil arabasından düşüb yeriyib.
"Yeri düşünün. Yer kürəsini məhv edən insanlar var. Bir düşünün... Bütün sənətkarlar, Yer kürəsini düşünün. Buna görə də etdim. Siz planet haqqında düşünməlisiniz”, - deyə ziyarətçi bildirib.
Telekanalın məlumatına görə, hadisə Luvrda bazar günü baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.