BAKI, 30 may - Sputnik. Hazırda Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 94 nəfər təşkil edir. Repoirt-un məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 4 nəfər azalıb. Onların 12-si ittiham olunan, 2-si yeniyetmə olmaqla 82-si isə məhkumdur.
Gürcüstanda probasiya nəzarətində 41 nəfər Azərbaycan vətəndaşı var ki, onların sayı aylıq müqayisədə 2 nəfər artıb.
Qonşu ölkədə 578 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 304 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətində saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.