HADİSƏ

BNA: Avtobus qəzası zamanı sərnişinlər arasında xəsarət alan olmayıb

Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub.
Sputnik
BAKI, 30 may - Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
BNA-dan verilən xəbərə görə, "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır.
Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib.
CƏMİYYƏT
Türkiyədə avtobus qəzası – 49 yaralı