DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə SQ İraqda 18 PKK terrorçusunu məhv edib

Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.
Sputnik
BAKI, 29 may - Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın 3 rayonunda aprelin 18-dən bu yana davam edən "Pençe-Kilit" əməliyyatı bölgəsində PUA terrorçulara hücum edib.
Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.
Aprelin 18-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb.
"Pençe-Kilit" adı verilən bu əməliyyata xüsusi təyinatlılar və hərbi hava qüvvələri cəlb olunub.
Türkiyədə qadağan olunmuş PKK-nın silahlı münaqişəsi 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən alovlanıb. İraqın şimalında, Türkiyə Silahlı Qüvvələrinin hava və yerüstü əməliyyatlarının keçirdiyi yerdə PKK-nın bazaları yerləşir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından bu yana ölkə daxilində 6 min, ölkə xaricində isə 6,9 min PKK üzvünün məhv edildiyini, Türkiyə təhlükəsizlik qüvvələrinin itkilərinin 1,2 min nəfərdən çox olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.