AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türkiyə Prezidenti Azərbaycana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Qarabağ qələbəsi ilə Qafqazda yeni dövrün başlandığını deyib.
Sputnik
BAKI, 29 may - Sputnik. “Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.
“Report” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.
“TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, - Türkiyə lideri əlavə edib.
“Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik. İnşallah qardaşım İlham Əliyevlə birlikdə iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, qismətimizi açıq eləsin” - Ərdoğan deyib.
Türkiyə lideri həmçinin vurğulaylıb ki, Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb: "Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.
“Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”, - o, əlavə edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyevlə Ərdoğan “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərinin açılışında iştirak ediblər