CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“TEKNOFEST Azərbaycan” festivalı zamanı təcili yardıma 100-ə yaxın müraciət olunub

“TEKNOFEST Azərbaycan”a TƏBİB-in 8 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası təhkim olunub.
Sputnik
BAKI, 29 may - Sputnik. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı zamanı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 100-ə qədər müraciət daxil olub.
Bu barədə "Report"a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
Z.Ədilovanın sözlərinə görə, onlara tibbi heyət tərəfindən yerindəcə tibbi yardım göstərilib.
Müraciətlər əsasən, günvurma, günyanığı, başağrısı, halsızlıq, hipertenziya ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in 8 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tədbirə təhkim olunublar.
Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “TEKNOFEST Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.
Həmçinin ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) xidmət edir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Hərbi təyyarəçilərimiz "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra edib