AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Türkiyə hərbi pilotları nümunəvi birgə uçuşlar icra edib

İki qardaş ölkənin hərbi təyyarəçilərinin pilotaj manevrlərlə uçuşlarını alqışlarla qarşılayıblar.
Sputnik
BAKI, 29 may — Sputnik. Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib.
Bu barədə Müdafiə Nazirlyindən bildirilib.
Hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.
Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Hərbi təyyarəçilərimiz "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra edib