DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə gələn ildən Qara dənizdən qaz istehlak edəcək

Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, 2023-cü ildə artıq ölkə vətəndaşları evlərində Qara dənizdən çıxarılmış təbii qazdan istifadə edə biləcəklər.
Sputnik
BAKI, 28 may - Sputnik. Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, 2023-cü ildə artıq ölkə vətəndaşları evlərində bu təbii qazdan istifadə edə biləcəklər:
“Türkiyədə olan bütün vətəndaşlarımıza 2023-cü ilin birinci rübündə Qara dənizdən hasil olunan qazı mətbəxlərində yandıracaqları ilə bağlı müjdə vermək istərdim”.
Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.
Daha əvvəl enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Qara dənizdən qaz hasilatı ilə yeni təchizat proqramı müəyyən edəcək, Ankara tələb və təklif balansını pozmamaq üçün qısa və ortamüddətli müqavilələrə üstünlük verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.