BAKI, 28 may - Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi belə bir təkzib bəyanatı ilə çıxış edib.