İQTİSADİYYAT

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Yeni təyinatlarla AMB İdarə Heyətinin üzvlərinin sayı ya 6-ya çatacaq, ya da köhnə üzvlər yeniləri ilə əvəz olunacaq.
Sputnik
BAKI, 28 may - Sputnik. Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinə üzvlər təyin ediləcək.
APA xəbər verir ki, bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir.
Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.
Hazırda Mərkəzi Bankın İdarə Heyətinin 4 üzvü var. Bunlar Mərkəzi Bankın sədri Taleh Kazımov və sıravi üzvlər Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevdir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Mərkəzi Bankın sədri özünə yeni müşavir təyin edib