SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Qarabağ barədə: "Kimsəyə verəcək torpağımız yoxdur"

Türkiyə prezidenti deyib ki, 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi.
Sputnik
BAKI, 28 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib ki, keçən il Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətlər strateji ortaqlıq səviyyəsinə qalxıb.
"İlham qardaşımın töhfəsi ilə əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm".
Ərdoğan qeyd edib ki, "biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq":
"Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik".
Türkiyə prezidenti bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra işğaldan azad edilib.
"44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi", - deyə Ərdoğan əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara, iki qardaşı kim ayıra bilər?!