CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərildi

Əlaslan Ağayevi qəbul edən nazir Vilayət Eyvazov daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib.
Sputnik
BAKI, 28 may - Sputnik. Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, bu barədə Azərbaycanın Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr verib.
"Bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.