NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl"ımız 3 dollara yaxın bahalaşıb

Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39% artaraq 125,75 ABŞ dolları təşkil edib.
Sputnik
BAKI, 27 may — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39% artaraq 125,75 ABŞ dolları təşkil edib.
Ötən həftənin şənbə günü "Brent" markalı neftin bir bareli 117,55 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub. Energetika Nazirliyindən bildirilib ki, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olması nəzərdə tutulurdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.