QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident və birinci xanım Zəngilanda intensiv meyvə bağı ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Sputnik
BAKI, 27 may — Sputnik. Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.
Kənd təsərrüfatı naziri İnam Kərimov ilə bağban Qalib Hümbətov dövlətimizin başçısına və birinci xanıma intensiv meyvə bağında görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, burada 40 hektar sahədə intensiv ərik bağı salınıb. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar
İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzin tikiləcək. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaq.
Qeyd edək ki, "Ağıllı təsərrüfat" "Ağıllı kənd" fəlsəfəsinin 3 sütunundan biridir. Burada toxumun seçimindən başlamış aqrotexniki qulluq məsələlərinə qədər hər bir detal nəzərə alınır, nəticədə vahid sahədən maksimum məhsul götürmək mümkün olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
İlham Əliyev: "Müstəqillik imkan verdi ki, həyatımızı bildiyimiz kimi quraq"