CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik "McDonald's Azerbaijan"ı məhkəməyə verdi

Bu yaxınlarda McDonald's" fast food restoranları şəbəkəsinin Rusiyada yeni brend altında işləyəcəyi barədə xəbərlər yayılıb.
Sputnik
BAKI, 27 may — Sputnik. Azərbaycan İqtisadiyyat Nazirliyi "McDonald's Azerbaijan" Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib. İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iddiası qaldırılıb. Xidmətdən verilən məlumatda qeyd olunur ki, "McDonald's Azerbaijan" müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirilir.
Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir.
Qeyd edək ki, məhkəmə prosesi iyun ayında başlayacaq.
Onu da qeyd edək ki, McDonald's" fast food restoranları şəbəkəsi Rusiyada yeni brend altında işləmək barədə qərar verib. Bu barədə RBC saytı məlumat yayıb. KİV-in məlumatına görə, şirkətin aktivlərinin satışa çıxarılmasına baxmayaraq, işçilərin iş yerləri qorunub saxlanılır.
ABŞ korporasiyası restoranlarının işlədiyi yerdə başqa bir şəbəkənin fəaliyyət göstərəcəyi deyilir. Ehtimallara görə, ilk bu cür müəssisənin açılışı artıq iyun ayında baş tuta bilər.
Xatırladaq ki, bir müddət əvvəl McDonald's Rusiya bazarından çıxdığını elan edərək biznesin satışı prosesinə başlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.