BAKI, 27 may — Sputnik. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindən paylaşım edib.
Paylaşımda deyilir:
"Ağalı kənd sakinləri üçün isti təndir çörəyi. Allah hər evə, hər ocağa bol ruzi-bərəkət nəsib etsin!"
Daha öncə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifəsində Zəngilan rayonunun Ağalı kəndindən paylaşım edib.
Paylaşımda deyilir:
“Ağalı kəndi. Zəfər rəmzi, Sülh rəmzi”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.