İQTİSADİYYAT

Kommersiya təşkilatının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar dəyişib

Hökumət başçısı Əli Əsədov bir sıra sərəncamlara imza atıb.
Sputnik
BAKI, 27 may — Sputnik. Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyarlar dəyişib.
Bu barədə Baş Nazir Əli Əsədov sərəncam İmzalayıb.
Sərəncama görə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 manatdan 200 manata, balansın yekun məbləği isə 450 manatda 500 manata qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
ƏDV üzrə ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı "Vahid elektron lövhə" yaradılıb