BAKI, 26 may — Sputnik. Rusiya Silahlı Qüvvələrinin raket və artilleriya qoşunları 62 komanda məntəqəsini vurub, Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 407 ərazini, atəş mövqelərində olan 47 artilleriya və minaatan bölməsini vurub. Bununla yanaşı üç sursat anbarı məhv edilib" - deyə MN sözçüsü qeyd edib.
RF Müdafiə Nazirliyinin yaydığı məlumata görə Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemləri Odessa vilayətində sursat və silah-sursat daşıyan Ukrayna SQ-nə məxsus hərbi-nəqliyyat təyyarəsinə zərbə endirib.
Rusiya aviasiyası tərəfindən Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya silahları anbarı və iki minaatan heyəti vurulub. Sözügedən zərbə nəticəsində 350-dən çox millətçi məhv edilib.
Rusiya Silahlı Qüvvələri Nikolayev yaxınlığında mühafizəçilərin əhatəsində gələn 15 əcnəbi texniki və əməliyyat heyətinin mütəxəssisini də məhv edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.